Berlində keçirilən beynəlxalq tennis turnirinin finalçıları müəyyənləşib
Berlində beynəlxalq tennis turnirinin yarımfinal mərhələsi yekunlaşıb.

İtaliyalı Matteo Berrettini İspaniya təmsilçisi Roberto Bautista Aqut ilə üz-üzə gəlib. Duel gərgin idman mübarizəsi şəraitində keçib. Berrettini ilk setdə 4:6 hesabı ilə məğlub olub. Ruhdan düşməyən italiyalı raketka ustası digər hissələrdə qalib gəlib - 6:3, 10:6. Beləliklə, Berrettini finala adlayıb.

Yarımfinalın digər görüşündə isə avstriyalı Dominik Tim Yannik Sinnerlə (İtaliya) mübarizə aparıb. İlk setdə 6:3 hesabı ilə qalib gələn D.Tim növbəti hissədə də rəqibini məğlub edib - 7:6.

Qadınların mübarizəsində ukraynalı Elina Svitolina Anastasiya Sevastova (Latviya) ilə qarşılaşıb. E.Svitolina ilk setdə çətinliklə də olsa, qələbə qazanıb - 7:6. Növbəti hissədə də rəqibindən üstün olan ukraynalı tennisçi finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi Petra Kvitova olacaq. Çexiyalı raketka ustası yarımfinalda niderlandlı Kiki Bertensi mübarizədən kənarlaşdırıb.

Xəbər 575 dəfə oxundu.