Şəhriyar Məmmədyarov “Summer of Seattle” onlayn turnirində liderliyini davam etdirir
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Summer of Seattle” onlayn turnirində uğurlu çıxışını davam etdirir.

Dörd qrossmeysterin qatıldığı yarışın üçüncü turunda şahmatçımız amerikalı Ceffri Şonqu məğlub edərək aktivinə daha bir xal yazdırıb.
Qeyd edək ki, təmsilçimiz ötən turda vyetnamlı Le Kyanq Liemi məğlub edib. Birinci turda isə rusiyalı Vladimir Fedoseyev ilə “sülh bağlayıb”.

Turnir iyulun 17-dək davam edəcək.

Xəbər 536 dəfə oxundu.