Senderos müsəlman olub
İsveçrə millisinin və İngiltərə «Fulhem»ınin önəmli müdafiəçilərindən olan Filipp Senderos müsəlman olub. Hazırda «Arsenal»ın formasını geyinən futbolçu müsəlman olduğunu açıqlayıb.

İdman.com.az saytının məlumatına görə, universitetdən İlahiyyat fakültəsinin məzunu olan 27 yaşlı stoper Mançester İslam Mərkəzində bu faktı bəyan edib.

Müsəlmanlığı qəbulu ilə bağlı o bunları söyləyib: «Futboldan boş vaxtlarımda son zamanlar daima dinlə bağlı kitablar oxuyuram. Əgər futbolçu olmasaydım, mütləq həyatımı tam dinə bağlayardım».

Xəbər 890 dəfə oxundu.