"Liverpul" 20 yaşlı yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
İngiltərənin “Liverpul” futbol klubu yarımmüdafiəçisi Adam Lyuislə yeni müqavilə imzalayıb.

Mersisayd təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə əldə edib. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Lyuis bu mövsüm əsas komanda ilə bir oyunda iştirak edib.

Xəbər 533 dəfə oxundu.