Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində liderliyi ələ alıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Summer of Seattle” onlayn turnirində uğurla çıxış edərək liderliyi ələ alıb.

Dörd qrossmeysterin qatıldığı yarışın ikinci turunda şahmatçımız vyetnamlı Le Kyanq Liemi məğlub edərək aktivinə bir xal yazdırıb.

Qeyd edək ki, təmsilçimiz birinci turda rusiyalı Vladimir Fedoseyev ilə heç-heçə etmişdi.

Turnir iyulun 17-dək davam edəcək.


Xəbər 507 dəfə oxundu.