Azərbaycan triatlon federasiyası Ali Baş Komandan İlham Əliyevə müraciət edib
Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov federasiyanın məşqçləri və idmançıları adından Ali Baş Komandan İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

- "Cənab Ali Baş Komandan, biz bilirik ki, Sizin rəhbərliyiniz altında bütün torpaqlarımız azad olunacaq. İşğal altında olan bütün kənd, rayon, şəhərlərimizdə, Xankəndində, Şuşada, Laçında, Xocalıda qısa zamanda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanacaq.

Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş soydaşlarımıza, o cümlədən 12 iyun şəhid olmuş hərbiçilərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, döyüşlərdə yaralanmış hərbiçilərimizə şəfa diləyirik.

Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, Əmrinizi gözləyirik!".

Xəbər 579 dəfə oxundu.