Azərbaycan komandası Gürcüstan şahmatçılarını böyük hesabla məğlub edib
Azərbaycan şahmatçıları Gürcüstan komandasını yoldaşlıq görüşündə böyük hesabla məğlubiyyətə uğradıblar.

Oyundan əvvəl “Zoom” platforması vasitəsilə texniki toplantı keçirilib. Toplantıda Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qarşılaşmada Vüqar Manafov, Altay Eynullayev, Elmar Atakişiyev, Süleyman Süleymanlı, Fərid Orucov və Ayan Allahverdiyevanın yer aldığı yığmamız rəqib komandasına 197:55 hesabı ilə qalib gəlib. Turnirdə 16 yaşlı şahmatçılar iştirak ediblər.


Xəbər 526 dəfə oxundu.