“Zirə” klubu daha 6 futbolçu ilə yollarını ayırıb
Bakının “Zirə” klubu daha 6 futbolçu ilə yollarını ayırıb.

Bunlar Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudcadır.

Klub rəhbərliyi hər bir oyunçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, “Zirə”, həmçinin Emil Balayev, Anastasios Papazoğlu, Alvaro Ampuero, Cavid Hüseynov və Adrian Skarlatakeni də heyətindən kənarlaşdırıb.

Xəbər 530 dəfə oxundu.