Millimizin sabiq üzvü “Elazığspor” ilə anlaşıb
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Deniz Yılmazın yeni klubu müəyyənləşib.

Hücumçu sabiq komandası “Elazığspor” ilə anlaşıb.

Qeyd edək ki, futbolçu 2016-cı ildə Azərbaycan millisinin heyətində 2 oyun keçirib. O, 2013/2014-cü il mövsümündə “Elazığspor”un formasını geyinib. Hücumçu son olaraq 2018/2019-cu il mövsümündə Türkiyənin “Genclerbirliyi” klubunda çıxış edib.



Xəbər 546 dəfə oxundu.