Yaponiya Tokio Olimpiadası iştirakçılarının ölkəyə giriş prosedurunu asanlaşdırmağı planlaşdırır
Yaponiya hökuməti gələn il Tokio Olimpiadasında iştirak edəcək idmançıların ölkəyə giriş prosedurunu asanlaşdırmağı planlaşdırır.

Bu barədə iyulun 14-də Tokio Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsul nazir Seyko Haşimoto jurnalistlər üçün brifinqdə məlumat verib.

Kyodo xəbər agentliyinin verdiyi məlumata görə, təşkilatçılar gələn il Oyunların keçirildiyi vaxta qədər pandemiyanın davam edə biləcəyini nəzərə alıb müəyyən çətinliklərin olacağını güman edirlər. Hətta epidemioloji vəziyyət Yaponiya tərəfinin proqnozlarına cavab verməsə belə, ölkə rəhbərliyi xarici idmançıları qəbul etməyi planlaşdırır.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus infeksiyası səbəbindən Olimpiya Oyunlarının gələn il iyulun 23-dən avqustun 8-dək keçirilməsi qərara alınıb.

Xəbər 580 dəfə oxundu.