“Real Madrid” səfərdə minimal hesabla qələbə qazanıb
İyulun 13-də futbol üzrə İspaniya La Liqasının 36-cı turunun son oyunu keçirilib.

Turun son oyununda “Real Madrid” klubu səfərdə “Qranada” komandasının qonağı olub.

“Nuevo Los Carmenes” stadionunda keçirilən görüş Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1.

“Kral” klubun heyətində Ferland Mendi, Kərim Benzema fərqləniblər. “Qranada”nın yeganə qolunu isə Darvin Macis vurub.

Bu qələbədən sonra xal ehtiyatını 83-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyini davam etdirir. “Qranada” isə 50 xalla 10-cu yerdədir.

Xəbər 480 dəfə oxundu.