“İnter” klubu “Torino”nu məğlub edərək yenidən ikinci pilləyə yüksəlib
İyunun 13-də futbol üzrə İtaliya A Seriyasının 32-ci turuna yekun vurulub.

Turun son oyununda “İnter” öz meydanında “Torino” komandasını qəbul edib.

“San Siro” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı qonaqlar 17-ci dəqiqə Andre Belottinin sayəsində açsa da, meydan sahibləri fasilədən sonra ardıcıl üç dəfə fərqlənərək vacib üç xal qazanıblar. Milan təmsilçisinin heyətində müvafiq olaraq Eşli Yanq, Dieqo Qodin və Lautaro Martinez fərqləniblər.

Bu qələbə “İnter”i ikinci pilləyə yüksəldib. “Neradzurra”nın aktivində 68 xal var. “Torino” isə 34 xalla 16-cı yerdə qərarlaşıb.

Xəbər 532 dəfə oxundu.