Karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda keçiriləcək
Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi 2025-ci ildə Böyüklərin Avropa çempionatının Bakıda keçiriləcəyini təsdiqləyib.​

​ ​İyulun 13-də komitə üzvlərinin qatıldığı videokonfransda Yaşar Bəşirov da iştirak edib. İcraiyyə Komitəsi 2021/2025-ci illər təqvim planını bir daha nəzərdən keçirərək, qarşıdakı digər rəsmi yarışların tarixlərini təsdiqləyiblər.

​EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə keçiriən virtual toplantıda həmçinin Covid 19 pandemiyasının yaratdığı çətinliklər dövründə karatenin vəziyyəti müzakirə olunub, eləcə də həyat öz axarına düşdükdən sonra inkişaf strategiyasına yenidən baxılacağı bildirilib.​

Xəbər 581 dəfə oxundu.