“Kadiz” klubu La Liqaya yüksəlib
Sequndanın bitməsinə 2 tur qalmış İspaniya La Liqasına yüksələn ilk klubun adı məlum olub.

Sequndaya 40 turdan sonra 69 xalla liderlik edən “Kadiz” liderliyi təmin edib.

“Hueska” 64 xalla ikinci, “Saraqosa” isə 62 xalla üçüncüdür.

Qeyd edək ki, “Kadiz” sonuncu dəfə 2005-2006-cı il mövsümündə La Liqada çıxış edib.

Xəbər 558 dəfə oxundu.