Yaponiyada sumo üzrə İmperator kuboku yenidən tamaşaçıların iştirakı ilə keçiriləcək
Yaponiyada sumo üzrə İmperator kuboku yenidən tamaşaçıların iştirakı ilə keçiriləcək.

Bu barədə Yaponiya Sumo Federasiyası məlumat yayıb.

İyulun 19-dan avqustun 2-dək keçiriləcək növbəti turnirdə 2 min 500 tamaşaçının qəbul edilməsi planlaşdırılır ki, bu da Tokiodakı əsas arenanın tutumunun təxminən 25 faizini təşkil edir. Bundan əlavə, federasiya tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə söz verib.

Xəbər 559 dəfə oxundu.