“Parma” klubunun bir üzvü koronavirusa yoluxub
İtaliyanın “Parma” futbol klubunun bir üzvü koronavirusa yoluxub.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə klubun bir əməkdaşının koronavirus testinin müsbət nəticə verdiyi bildirilib. Adı açıqlanmayan həmin şəxsin müalicəsinə başlanılıb.

Qeyd edək ki, bu, A Seriyasının bərpasından sonra klublarda qeydə alınan ilk yoluxma halıdır.

Xəbər 528 dəfə oxundu.