Millimizin rəqibi Çexiya və Yunanıstan yığmaları ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr yığması yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

Kipr yığması oktyabrın 7-də Çexiya, ayın 11-də isə Yunanıstan seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan və Kipr yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. Komandalar arasındakı ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci qarşılaşma isə oktyabrın 13-də Bakıda olacaq. Bu qrupda Monteneqro və Lüksemburq milliləri də yer alıblar.

Xəbər 540 dəfə oxundu.