Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirinə heç-heçə ilə başlayıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində mübarizəyə başlayıb.

4 qrossmeysterin qatıldığı yarışın ilk turunda şahmatçımız Rusiya təmsilçisi Vladimir Fedoseyev ilə heç-heçə edib. Digər oyunda amerikalı Cefri Şonq vyetnamlı Le Kyanq Liemi məğlub edib.

Turnir iyulun 17-dək davam edəcək.

Xəbər 539 dəfə oxundu.