“Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib | |
İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında “Fənərbağça” “Sivasspor”u qəbul edib. Maraqlı keçən qarşılaşmada hesabı 9-cu dəqiqədə Sivas təmsilçilərinin hücumçusu Arouna Kone açıb. Görüşün 27-ci dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Dəniz Turuc hesabı bərabərləşdirib. Lakin 44-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Əmrə Qılınc komandasına qələbə qazandıran topun müəllifi olub. Beləliklə, “Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, iyulun 13-də “Kasımpaşa” – “Rizəspor”, “Kayserispor” – “Qaziantep”, “Konyaspor” – “Başakşəhər”, “Dənizlispor” – “Trabzonspor”, “Yeni Malatyaspor” – “Beşiktaş” komandaları qarşılaşacaq. |
|
Xəbər 541 dəfə oxundu. |
|
|