Bəzi MHL oyunçuları meydana çıxmaqdan imtina edirlər
MBA-da mövsümün bərpasından sonra bir neçə basketbolçunun koronavirusa yoluxa biləcəyi səbəbindən meydana çıxmaqdan imtina etmişdi. Avqustun 1-də bərpa ediləcək MHL-də də eyni proseslər yaşanır.

ABŞ və Kanada mətbuatı iki hokkeyçinin meydana çıxmaqdan imtina etməsi ilə bağlı məlumat yayıb. “Kalqari”nin baş meneceri Bred Trelevinq komandanın müdafiəçisi Trevios Hemonikin imtinası ilə bağlı ictimaiyyəti məlumatlandırıb. Klub funksioneri mətbuata açıqlamasında Hemonikin ona zəng etdiyini və mövsümün bərpasından sonra oynamaq istəmədiyini söyləyib. Trelivinq hokkeyçinin seçiminə hörmət etdiklərini də bildirib. Həmçinin “Vankuver”in hücumçusu Sven Berçinin də meydana çıxmaqdan imtina etməsi ilə bağlı xəbər yayılıb.

Qeyd edək ki, hər iki hokkeyçi Kanada klubunu təmsil edir.

Xəbər 613 dəfə oxundu.