“Barselona” səfərdə “Real Vallyadolid"ə qalib qəlib
İyulun 11-də futbol üzrə İspaniya La Liqasında 36-cı turun növbəti oyunu keçirilib.

"Barselona" klubu səfərdə “Real Vallyadolid" komandasını qonağı olub. “Xose Zorilla” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 0:1. “Barselona”nın heyətində yeganə qolun müəllifi matçın 15-ci dəqiqəsində Arturo Vidal olub.

Bu qələbədən sonra xal ehtiyatını 79-a çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə qərarlaşıb. “Real Vallyadolid” isə 39 xalla 14-cü yerdədir.

Xəbər 562 dəfə oxundu.