“Vaşinqton”un iki basketbolçusu koronavirusa yoluxub
“Vaşinqton”un oyunçuları Tomas Brayant və Qari Peyton koronavirusa yoluxublar.

Bu səbəbdən hər iki basketbolçu komanda ilə birgə Orlandoya yola düşməyib. Amma klub onların xidmətinə ehtiyac duyur. Hər iki basketbolçu sağaldıqdan sonra iyulun 31-də meydana çıxacaq “Vaşinqton”a kömək edəcəklər.

Xatırladaq ki, klub MBA-da mövsümün bərpasından sonra oynamaqdan imtina edən Bredli Bil və Devis Bertansa güvənə bilməyəcək.


Xəbər 673 dəfə oxundu.