Fəhmin Muradbəyli "Neftçi"yə qayıdıb
Bakının “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli komandaya qayıdıb.

24 yaşlı yarımmüdafiəçinin “Səbail” klubu ilə icarə müqaviləsi başa çatıb.

Növbəti mövsümün hazırlığını “ağ-qaralar”ın düşərgəsində keçirəcək F.Muradbəyli 2013-2017-ci illərdə “Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.


Xəbər 630 dəfə oxundu.