Azərbaycan şahmatçıları blits üzrə onlayn turnirdə iştirak edəcəklər
İyulun 12-də Amerika Şahmat Federasiyasının “Unity Chess” klubunun təşkilatçılığı ilə keçiriləcək blits üzrə onlayn turnirdə Azərbaycan şahmatçıları da iştirak edəcəklər.

Yarışda təmsilçilərimiz Məhəmməd Muradlı, Gülnar Məmmədova, Rəvan Əliyev, Nərmin Xələfova, Səmra Qasımova da mübarizə aparacaqlar.

Yarışda 395 şahmatçı iştirak edəcək. Onlardan 53-ü qrossmeysterdir.

Xəbər 585 dəfə oxundu.