Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları azarkeşlərin yarışları izləmələrinə şərait yaradacaqlar
Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları Soçi avtodromunda təşkil olunacaq yarışları tamaşaçıların iştirakı ilə keçirmək niyyətində olduqlarını açıqlayıblar.

Bu barədə Rusiya mərhələsinin promouteri Aleksey Titov məlumat verib. O qeyd edib ki, bu yarış hazırkı mövsümdə tamaşaçıların canlı izləyəcə biləcəkləri ilk Qran-Pri olacaq. A.Titov Rusiya Federasiyası Hökumətinin və Formula 1 rəhbərliyinin birgə səyi nəticəsində Qran-Prinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.

Formula 1 rəhbərliyi Rusiya Qran-Prisinin sentyabrın 25-27-də keçiriləcəyini təsdiqləyib.


Xəbər 596 dəfə oxundu.