"Barselona" klubu Pau Qazolla maraqlanmır
Pau Qazol növbəti mövsüm “Barselona” basketbol klubunda çıxış etməyəcək.

İspaniya mətbuatına açıqlama verən klubun idarə heyətinin üzvü Joan Blade MBA-da çıxış edən basketbolçu ilə danışıq aparmadıqlarını bildirib. Halbuki bir müddət əvvəl xarici mətbuat 40 yaşlı basketbolçunun qarşıdakı mövsümdə Kataloniya klubuna keçəcəyini yazırdı. Görünür, “Barselona” rəhbərliyi bu il heç bir rəsmi oyunda iştirak etməyən Qazolu geri qaytarmaqla risk etmək istəməyib. Xatırladaq ki, Pau peşəkar karyerasına məhz “Barselona”da başlamışdı.


Xəbər 588 dəfə oxundu.