Bruno Fernandes iyun ayının ən yaxşı futbolçusu seçilib
Futbol üzrə İngiltərə çempionatında iyun ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Bu mükafata “Mançester Yunayted”in futbolçusu Bruno Fernandes layiq görülüb.

Portuqaliyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada iştirak etdiyi 3 oyunda 3 qol vurub. Fernandes fevralda da ən yaxşı futbolçu seçilmişdi.

Xəbər 619 dəfə oxundu.