Şahmatçılarımız Rusiyanın Saratov komandası ilə yoldaşlıq görüşü keçirəcək
İyulun 12-də Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) komandası Rusiyanın Saratov komandası ilə şahmatın blits növü üzrə yoldaşlıq görüşü keçirəcək.

16 yaşlı şahmatçılar arasında keçiriləcək yarışda hər komandanın tərkibində 6 şahmatçı mübarizə aparacaq.

“Lichess.org” platforması vasitəsilə keçiriləcək turnirdə hər gedişə nəzarət vaxtı 3 dəqiqə + 1 saniyə olacaq.


Xəbər 637 dəfə oxundu.