“Uimbldon” turnirinin qalibi Novak Cokoviçə dəstək olub
Zadardakı tennis turnirinin təşkilatçılığında günahlandırılan serbiyalı raketka ustası Novak Cokoviçi dəstəkləyənlər də yetərincədir.

2013-cü ildə “Uimbldon” turnirinin qalibi olan Marion Bartoli serbiyalı tennisçini ATP-nin Oyunçular İttifaqından istefaya səsləyənlərə cavab verib: “Novakı tənqid edənlərin məqsədi məlumdur. Bəlkə ona tennis oynamağı da qadağan edəsiniz? Məsələni bu qədər də şişirtməyin. O, səhv etdiyini anlasa özü istəyəcək və lazım gəlsə, istefa da verəcək. Novak turniri xoş məramla keçirmək istəyirdi. Buna görə Cokoviçi günahlandırmaq düzgün deyil”.

Xəbər 677 dəfə oxundu.