Azərbaycan futbolçusu Moldova klubunda debüt edib
Futbol üzrə Moldova çempionatında ikinci turun görüşləri keçirilib.

Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin çıxış etdiyi “Milsami” səfərdə “Daçiya” ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb.

Futbolçumuz 59-cu dəqiqədə meydana çıxmaqla yeni klubunda debüt edib.

Qeyd edək ki, “Milsami” 2 xalla turnir cədvəlində 10 komanda arasında 7-cidir.


Xəbər 852 dəfə oxundu.