“Keşlə” klubu hücumçusu ilə yeni müqavilə imzalayıb
Bakının “Keşlə” klubu futbolçusu Aleksandr Kristovao ilə müqavilə müddətini yeniləyib.

Anqolalı hücumçu ilə müqavilə növbəti mövsümün sonunadək uzadılıb.

Qeyd edək ki, Bakı təmsilçisi daha əvvəl Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddətini artırıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə transfer edib.


Xəbər 635 dəfə oxundu.