Qran-Pri turnirinin üçüncü mərhələsinin dörddəbir final yarışlarının qalibləri müəyyənləşib
FIDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə “Womens Speed Chess Championship” yarışı çərçivəsində iyulun 9-da onlayn Qran-Pri turnirinin üçüncü mərhələsinin dörddəbir final yarışları keçirilib.

Yarışda Rusiya şahmatçıları Yekaterina Laqno ukraynalı Anna Uşeninanı (7:6), Aleksandra Kostenyuk Hindistan şahmatçısı Humpi Konerunu (9:2), çinli şahmatçı Hou Yifan hindistanlı Harika Dronavallini (7:3), iranlı Sarasadat Hademalşarieh çinli Vencun Cunu (7:5) məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli V.Cu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.

Xəbər 607 dəfə oxundu.