“Qəbələ” Müəmmar Ərdoğdunu da heyətinə qatıb
“Qəbələ” komandas daha bir futbolçu ilə heyətini gücləndirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2008-ci ildən Azərbaycan Premyer Liqasında top qovan 25 yaşlı türkiyəli futbolçu Müəmmar Ərdoğdu ilə birillik müqavilə imzalanıb. Müdafiəçi artıq Qəbələdə təlim-məşq toplanışına start verən yeni komandasının sıralarına qatılıb.

Müəmmar Ərdoğdu peşəkar karyerasına 2007-ci ildə “Qalatasaray”da start verib. 2008-2009 mövsümündə “Xəzər Lənkəran”a transfer olunan müdafiəçi, sözü gedən mövsümün 2-ci yarısını “Turan”da keçirib və daha 2 mövsüm (2009-2010, 2010-2011) Tovuz təmsilçisinin şərəfini qoruyub.

Arxada qoyduğumuz futbol ilinin ilk yarısını “Kəpəz”də top qovan müdafiəçi qış fasiləsində yenidən “Turan”a dönüb və mövsümü burada yekunlaşdırıb.

Xəbər 915 dəfə oxundu.