Pelleqrini "Real Betis"in baş məşqçisi təyin olunub
İspaniyanın "Betis" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

M.Pelleqrini "Real", "Mançester Yunayted" kimi klubları çalışdırıb. Onun son iş yeri "Vest Hem" olub.

Xatırladaq ki, "Betis" ölkə çempionatında 41 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər 594 dəfə oxundu.