Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb
“Liverpul” klubunun futbolçusu Məhəmməd Salahın Premyer Liqanın 34-cü turunda səfərdə “Brayton”a qarşı görüşdə (3:1) fərqlənməsi əlamətdar olub.

Dubla imza atan misirli futbolçu klubun tarixinə düşüb. Salah Premyer Liqadakı qollarının sayını 73-ə çatdırıb. Bununla yanaşı, onun aktivində 27 məhsuldar ötürmə var. İyirmi səkkiz yaşlı oyunçu qol+assist sayını 100-ə çatdırmaqla klub tarixində bu uğuru təkrarlayan 4-cü futbolçu olub.

Xəbər 616 dəfə oxundu.