Tokio olimpiadasında yarışlara bilet almış azarkeşlər pulları geri ala biləcəklər
Tokio Olimpiadasında yarışlara bilet almış azarkeşlər Oyunların 2021-ci ilə köçürülməsi ilə əlaqədar olaraq pulları geri ala biləcəklər.

Bu barədə “Kyodo” agentliyi məlumat verib. Qərar Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Olimpiada 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan yarışın 2021-ci il 23 iyul-8 avqust tarixləri arasında keçirilməsi planlaşdırılıb. Tarixin dəyişdirilməsinə baxmayaraq “Tokio-2020” adı qorunub saxlanacaq.

Xəbər 634 dəfə oxundu.