Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib
Çexiyanın Praqa şəhərində böyüklər arasında keçiriləcək cüdo üzrə Avropa çempionatında Azərbaycanı 9 kişi, 7 qadın olmaqla 16 cüdoçu təmsil edəcək.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, komandamızı heyətində kişi cüdoçulardan Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinkorloo Münxtsedev (hər ikisi 57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) təmsil edəcəklər.

Qitə çempionatı noyabrın 8-dən 10-dək keçiriləcək.

Xəbər 652 dəfə oxundu.