Azərbaycan triatlonçularının iştirak edəcəkləri Avropa çempionatının vaxtı açıqlanıb
Avropa Triatlon İttifaqı (ETU) avqustda üç turnirin keçiriləcəyini açıqlayıb.

Avqustun 28-30-da Estoniyanın Tartu şəhərində Avropa çempionatı təşkil olunacaq. Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin qitə birinciliyində iştirakı nəzərdə tutulub.

Avqustda, həmçinin Latviyada və Polşada yeniyetmələr arasında Avropa kuboku yarışları təşkil olunacaq.

Xəbər 599 dəfə oxundu.