Vaqner Lavın Qazaxıstanın “Kayrat” klubuna keçidi rəsmiləşib
Braziliya millisinin sabiq hücumçusu Vaqner Lavın Qazaxıstanın “Kayrat” futbol klubuna keçidi rəsmiləşib.

36 yaşlı oyunçu ilə 6 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, Vaqnerin son klubu Braziliya “Korintians”ı olub. “Kayrat”ın lider olduğu Qazaxıstan çempionatında yeni mövsüm artıq ikinci dəfə koronavirus pandemiyasına görə dayandırılıb. Turnirin nə vaxt davam etdiriləcəyi hələ bilinmir.

Xəbər 615 dəfə oxundu.