Müasir beşnövçülük üzrə Avropa çempionatının yeni tarixi müəyyənləşib
Müasir beşnövçülük üzrə Avropa çempionatının yeni tarixi müəyyənləşib.

Bu barədə Avropa Müasir Beşnövçülük Konfederasiyasının (ECMP) baş katibi Tatyana Ardabyeva məlumat verib.

Macarıstan 2020-ci il sentyabrın 17-dən 21-dək keçirilməsi nəzərdə tutulan Avropa çempionata ev sahibliyindən imtina edib. Qitə çempionatının 2021-ci il iyulun 4-dən 11-dək Nijni Novqorodda təşkil olunması planlaşdırılıb.

Xəbər 548 dəfə oxundu.