“Dinamo” klubu 12-ci dəfə Ukrayna kubokunun sahibi olub
Futbol üzrə Ukrayna kuboku yarışlarının qalibi müəyyənləşib.

Həlledici görüşdə “Dinamo” (Kiyev) və “Vorskla” (Poltava) komandaları üz-üzə gəliblər. Xarkovdakı “Metalist Arena”da keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada da qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Penaltilərdə daha dəqiq olan “Dinamo” (8:7) tarixində 12-ci dəfə Ukrayna kubokunun sahibi olub.

Xəbər 575 dəfə oxundu.