“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Yarımmüdafiəçi Aleksey İsayev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. İyirmi dörd yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb.

A.İsayev karyerası ərzində Rusiyanın “Yenisey” və “Zenit-2” klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” olub.

Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

Xəbər 557 dəfə oxundu.