“Neftçi” Rəhman Hacıyev ilə müqaviləni yeniləyib
Bakının “Neftçi” futbol klubu Rəhman Hacıyev ilə müqavilənin müddətini uzadıb.

26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

R.Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, futbolçu “Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.

Xəbər 604 dəfə oxundu.