Futbolçumuzun çıxış etdiyi klubda 3 oyunçu koronavirusa yoluxub
Futbol üzrə Azərbaycan yığmasının üzvü Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Foneks Risinq” komandasının 3 oyunçusu koronavirusa yoluxub.

Üç oyunçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur.

Həmin futbolçular 10 günlük heyətdən kənarlaşdırılıb və şənbə günü “Los Anceles Qelaksi II”yə qarşı oynamayacaqlar. Koronavirusa yoluxmuş oyunçuların adları açıqlanmayıb.

Xəbər 573 dəfə oxundu.