“Liverpul” Tiaqo Alkantaranın transferini rəsmiləşdirib
İngiltərənin "Liverpul" futbol klubu Almaniyanın "Bavariya" komandasının futbolçusu Tiaqo Alkantaranı transfer edib.

29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. Onun tibbi baxışdan keçəcəyi və avqustun 1-də sözləşməyə imza atacağı bildirilib.

Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi "Bavariya"ya 2013-2014-cü il mövsümündə keçib. Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.

Xəbər 647 dəfə oxundu.