“Real Madrid”in futbolçuları çempionluq mükafatından imtina ediblər
“Real Madrid” klubunun futbolçuları cari mövsüm La Liqanın qızıl medallarını qazanacaqları halda çempionluq mükafatından imtina edəcəklər.

Oyunçular koronavirusla bağlı yaranmış maliyyə çətinliyini anlayışla qarşılayırlar. Onlar kluba dəstək məqsədilə bu addımı atmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Real Madrid” 34 turdan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. “Kral klubu” sona 4 tur qalmış ən yaxın izləyicisi “Barselona”nı 4 xal qabaqlayır.

Xəbər 553 dəfə oxundu.