“Sauthempton”-“Mançester Siti” oyunu tarixə düşüb
Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən “Sauthempton”-“Mançester Siti” oyunu tarixə düşüb.

BBC-də canlı yayımlanan görüşü 5 milyon 700 min tamaşaçı izləyib. Bu, Premyer Liqa tarixində teleziyadan ən çox izlənən görüş olub.

Qeyd edək ki, sözügedən oyunda “Mançester Siti” 0:1 hesabı ilə uduzub.

AZƏRTAC

Xəbər 498 dəfə oxundu.