Formula 1 pilotu ilə boks üzrə ikiqat dünya çempionu arasında dostluq görüşü keçiriləcək
Soçi Boks Federasiyası (SBF) Formula 1 pilotu Daniil Kvyat ilə boks üzrə ikiqat dünya çempionu Firuza Şaripova arasında dostluq döyüşünü təşkil etməyə hazırdır.

Görüş bu il Formula 1 Rusiya Qran-Prisi zamanı təşkil oluna bilər.

Ötən ay qazaxıstanlı qadın boksçu D.Kvyatın idman göstəricilərinin yüksək olduğunu açıqlayıb və onu birgə hazırlıq keçmək üçün ölkəsinə dəvət etmişdi.

SBF-nin prezidenti İlya Varov açıqlamasında F.Şaripovanı Soçidə keçiriləcək Formula 1 yarışlarına dəvət edəcəklərini açıqlayıb. O, boksçunun hazırlıq keçməsi üçün hər cür şəraitin yaradılacağını deyib.

Xəbər 557 dəfə oxundu.