“Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Avrokubokda oynayacaq yeganə Azərbaycan təmsilçisi bu dəfə amerikalı hücumçu Naya Krittendeni rənglərinə bağlayıb.

Voleybolçu ilə 1 mövsümlük müqavilə imzalanıb. Son mövsümü İsveçrənin “Franş-Montan” klubunda oynayan Krittenden Azərbaycana gələnədək daha 2 ölkədə legioner həyatı yaşayıb. O, 2016-2017-ci il mövsümündə İtaliyanın “Kazerta”, növbəti ildə isə Macarıstanın “Budapeşt” klublarının şərəfini qoruyub.

Qeyd edək ki, “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Tovuz Ələkbərova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib.



Xəbər 641 dəfə oxundu.