Yan Veselı “Fənərbağça”nı “Barselona”ya dəyişə bilər
“Barselona” klubu “Fənərbağça”nın basketbolçusu Yan Veselını transfer etməyi planlaşdırır.

Katalonlar çexiyalı forvarda bu günlərdə komandanı tərk edən Ante Tomiçin əvəzləyicisi gözü ilə baxırlar. Elə çexiyalı basketbolçu da “Fənərbağça”nı maliyyə sıxıntılarına görə tərk etmək istəyir. Məsələ ondadır ki, növbəti mövsüm üçün İstanbul klubunun büdcəsi azaldılacaq. Artıq bunu əsas gətirərək komandanın baş məşqçisi Jelko Obradoviç və forvardı Luici Datome İstanbulu tərk edib. Belə vəziyyətdə “Fənərbağça” 2,5 milyon avro məvacib alan Veselının tələblərini qarşılaya bilmir. Yaxın günlərdə Nando De Kolo və Kostas Slukasın da “Fənərbağça”dan ayrılacağı gözlənilir.

Xəbər 732 dəfə oxundu.